Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin Babək məhəlləsində magistral su xəttində qəza baş verib.

Qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Qəza nəticəsində Babək, 6-cı məhəllə, Hacıniyyət kəndləri ərazisində suyun verilişi dayandırılıb.

Naxçıvan Su kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Bildirilib ki, saat 13:00-dan sonra əraziyə suyun verilişi tam bərpa ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: