Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.

2. “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

3.3. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi barədə təkliflərini hazırlayıb bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: