Dahi İbn Sina (Avisenna) üzərliyin müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirir və bu bitkini oynaq və bel ağrıları və həmçinin oturaq sinirin iltihabı zamanı istifadə etməyi tövsiyə edirdi.
Üzərliyin güclü ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var. Xalq təbabətində üzərlik bel və boyunda duzlaşma (osteoxondroz) və ağrılar zamanı çox geniş istifadə olunur.
NUHÇIXAN tanınmış rusiyalı fitoterapevt Pyotr Kurenkovun bel və boyunda duzlaşmanı müalicə etmək üçün üzərliklə reseptlərini təqdim edir.
1. Qurudulmuş üzərliyi üyüdün, eyni miqdarda təbii balla qarışdırın, parçaya çəkin, boyuna (belə, oynağa) kompres kimi qoyun. Kompresin üzərini plyonka və yun şərflə bağlayın, bir neçə saat və ya gecədən səhərə qədər saxlayın.
2. Qurudulmuş üzərliyi üyüdün, üzərinə sirkə tökün, qarışdırın. Bu qarışımda parça isladın, boyun nahiyəsinə qoyun, plyonka və yun şərflə bağlayın.
3. Üzərliyin üzərinə 1:1 nisbətində spirt tökün, 3 gün qaranlıq yerdə saxlayın, süzün və boyun ağrıları zamanı kompres şəklində istifadə edin.