Naxçıvan polisi və Naxçıvan Daxili Qoşunlarının əməkdaşları arasında atıcılıq üzrə yarış keçirilib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan polisi və Naxçıvan Daxili Qoşunlarının əməkdaşları arasında Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Makarov” tapançasından atıcılıq üzrə yarış keçirilib.

İştirakçılar komanda və şəxsi birincilikdə mübarizə aparıblar.

Yekun nəticələrə əsasən Ordubad Rayon Polis Şöbəsi birinci yeri tutaraq mükafata layiq görülüb. Şərur rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Şəxsi yarışlarda da ilk yerləri tutanlara diplom və medalları təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: