Sabah Naxçıvanda Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq olacaq - FOTOLAR
8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvanda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda hazırlıq işlərinə başlanılıb, şəhərin işıq dirəklərinə Azərbaycan bayraqları quraşdırılıb.
Həmçinin Ulu Öndərin anadan olmasının 100 illiyinə və Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçiriləcək.
Qeyd edək ki, artıq bir neçə gündür ki, muxtar respublikanın rəsmi şəxsləri, rəsmi dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidlər xiyabanlarını və Zəfər abidələrini ziyarət edirlər.