Növbəti interaktiv dərs ümummilli lider Heydər Əliyevə həsr olundu - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar Respublikasının 200-dən artıq ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında təşkil olunan növbəti interaktiv dərs ümummilli liderimizin həyatı və siyasi fəaliyyətinə həsr olunub.
İnteraktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcəmuzeyin yaranma tarixi barədə məlumat verib. Daha sonra interaktiv dərsdə ulu öndərin Moskvadan Bakıya və oradan doğma Naxçıvana qayıtmasından, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərliyi ilə bağlı geniş məlumat verilib.
Qeyd olunub ki, 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevə müraciət edərək onu təkidlə ölkəyə rəhbərlik etmək üçün Bakıya dəvət etdi. Ulu öndər həmin il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilib. Məhz bu tarixdən başlayaraq Azərbaycanda dövlət quruculuğu prosesinə start verilib, ölkənin parçalanması və vətəndaş müharibəsinin qarşısı alınıb.
Vurğulanıb ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan Ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurub. Buna görə də o, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan bir rəhbər kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Bu böyük insanın həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.
Aygün Hüseynli