Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 16 faiz artaraq 5 milyard 51 milyon manat olub

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin on ayında proqnozla müqayisədə 9 faiz və ya 472 milyon manat çox olmaqla 5 milyard 577 milyon manat təşkil edib.

DSMF-dən NUHÇIXAN-a bildiriblər ki, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 milyon manat artaraq 4 milyard 221 milyon manat olub.

Cari ilin on ayında DSMF-nin xərcləri 5 milyard 51 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 milyon manat çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: