Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Təlim-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda tədbir keçirilib. 

Naxçıvan Qarnizonunun şəxsi heyəti ilə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Naib Cəfərov bildirib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. Bu gün qədim Naxçıvan diyarının müdafiə qüdrətini özündə yaşadan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti torpaqlarımızın keşiyində  cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir.

Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Zaur Həmidov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov ümummilli lider Heydər Əliyevin vətənimizə həsr etdiyi mənalı həyat yolundan  danışıblar.

Tədbirdə əsgərlər, Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. 

Tədbirin sonunda hərbi vətənpərvərlik mövzusunda videoçarx nümayiş olunub.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: