Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, Kəngərli rayonunun Xok kəndində ATS-də planlanmış yenilənmə işləri ilə əlaqədar 13-17 noyabr 2023-cü il tarixlərində zəruri təmir işləri həyata keçiriləcəkdir. Təmir işləri görülən zaman internet və rabitə xidmətlərində qısa dayanmalar müşahidə oluna bilər.
Planlanmış işlər zamanı yarana biləcək müvəqqəti çətinlikləri nəzərə almağınız xahiş olunur.