NUHÇIXAN xəbər verir ki, Naxçıvan seysmoloji stansiyasından 74 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib.
Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4.3-ə bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.