Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb. Avtomobil Şəhidlər xiyabanının qarşısında yolu keçən 1959-cu il təvəllüdlü, Naxçıvan şəhər sakini Musayeva Yasəmən Zulfiqar qızını vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.