“Uşaqların formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyət” mövzusunda onlayn tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində onlayn tədbir keçirilib. Tədbirdə Ombudsmanın və Təhsil Nazirliyinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.

Təhsil Nazirliyinin əməkdaşı Gülxanım Orucova giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.

Sonra Ombudsmanın əməkdaşı Türkan Gülməmmədli BMT-nin Uşaq Hüquqları Konvensiyasının məzmunu, onun əsas ideyası barədə məlumat verib.

Diskussiya şəklində keçirilən tədbirdə psixoloq Səbinə Hacıyevanın “Uşaqların mənəvi inkişafında ailə və cəmiyyətin rolu” mövzusunda çıxışı dinlənilib.

Qeyd olunub ki, uşaqların şəxsiy­­yə­tinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və dav­ranışında valideyn-övlad münasi­bət­ləri mühüm rol oynayır.

Tədbirin yekununda uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: