Şərurda bələdiyyələrin iştirakı ilə seminar keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərurda “Bələdiyyələrin büdcəsinin formalaşması və maliyyə uçotunun aparılmasına dair qanunvericiliyin tələbləri” mövzusunda seminar təşkil edilib. Seminarda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri iştirak edib.
Naxçıvanın Ədliyyə və Maliyyə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən seminarda çıxış edənlər ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən bələdiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən uğurlu islahatlardan bəhs ediblər.
Seminarda bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlər barədə məlumat verilib.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Heydər Məmmədov