Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub - FOTOLAR

A- A A+

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə kənddə ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunub.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın fərdi yaşayış evinə keçməsinə imkan verilmədən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: