Alimlərdən ibarət olan beynəlxalq bir araşdırma qrupunun European Heart Journal-da nəşr etdirdiyi tədqiqat işində, insanın sağlamlığı üçün ən uyğun yuxu müddətinin 6 ilə 8 saat arasında olması qeyd olunub.
NUHÇIXAN xəbər verir ki, insan sağlamlığı üçün ən uyğun yuxu müddətini müəyyənləşdirməyi qarşısına məqsəd qoyan müşahidələr, təxminən 8 il çəkib. 35-70 yaş arasında 116 mindən artıq insanın yuxu qeydiyyat dəftərlərini təhlil edən mütəxəssislər, həddindən artıq yuxunun ürək-damar xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəli olduğu nəticəsini əldə ediblər.
Araşdırma çərçivəsində yuxusu 8-9 saat arasında gedən insanların ölüm riskinin təklif edilən saat aralarında yatan insanlara nisbətən 5% artdığı məlum olub. 9-10 saatlıq yuxunun ciddi xəstəliyə yoluxma riskini 7%, 10 saatdan artıq yuxu bu riski 41%-ə qaldırdığı müəyyənləşdirilib.
Alimlər hesab edir ki, gecələr 6 saatdan az yatan insanlarda bəzi hallarda gündüz yuxusu da ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Digər tərəfdən, ekspertlər əksər hallarda gündüz yuxusunun gecə əskik qalan saatları bərpa etdiyi üçün dəyərlərin normallaşmasını təmin etdiyini qeyd edir.