Hamiləlik dövründə stress doğuşdan sonra uşağın davranışında əks olunur

A- A A+

Stress yaşayan hamilələrdə uşaqlar davranışla əlaqədar problem yaşaya bilərlər. Belə uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromu, eləcə də aqressiv meyillər müşahidə oluna bilər.

NUHÇIXAN “news.ru”ya istinadla xəbər verir ki, alimlərin araşdırmasına görə, hamilə qadınların yaşadıqları stress, depressiya vəziyyəti və həyəcan uşaq doğulduqdan sonra onun davranışında əks olunur.

“Psychological Bulletin” jurnalında qeyd edilir ki, Kaliforniya ştatının Dominges Hillz Universitetindən olan psixoloqların açıqlamalarına əsasən, belə uşaqlar şiddətə, diqqət çatışmazlığı və hiperaktivlik sindromuna meyillilik nümayiş etdirə bilərlər.

Bununla yanaşı, bu cür davranış əlamətləri uşağın yaşından və cinsindən asılı olmayaraq, 2-5 yaşından 13-18 yaşınadək özünü göstərir.

Lakin alimlərin sözlərinə görə, daha güclü təzahürlər erkən yaşlarda müşahidə olunur. Bu, bətn daxilində dölün beyninin inkişafına stress hormonlarının necə təsir etməsi haqqında nəzəriyyəni təsdiqləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: