Qərbi Azərbaycan xalçaları Naxçıvanda keçirilən festivalda sərgilənəcək - VİDEO
Tarixi uzun illərə dayanan Naxçıvan xalçaçılıq sənəti Qərbi Azərbaycan xalçaçılıq nümunələri əsasında formalaşıb desək, yanılmarıq. Əlləri sanki qızıl olan toxucularımız öz məharətlərini tarixin tozlu səhifələrindən bu günümüzə sevərək, əzizləyərək gətirib çıxarmışlar. Qərbi Azərbaycandan məcburi köçüb muxtar respublikanın ayrı-ayrı kəndlərində məskunlaşan soydaşlarımız bu yurdun qədim xalçaçılıq ənənələrini indi də yaşadır, gənclərə aşılayırlar. Bu zəhmətin bəhrəsi olan xalça nümunələri bir neçə gün sonra Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalında sərgilənəcək.
Naxçıvan televiziyasının əməkdaşları Culfa rayonunun Qazançı kəndində olub, xalçaların hazırlanması ilə bağlı reportaj hazırlayıblar.
NUHÇIXAN həmin reportajı təqdim edir: