Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub

A- A A+

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

NUHÇIXAN-ın məlumatına görə, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.

Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: