Kiberdələduzluq halları artmaqdadır.
Son vaxtlar vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb-səhifələrdə çıxan bildirişlərin sayı durmadan artmaqdadır.
Bu cür halları dələduzluq əməli kimi qiymətləndirən mütəxəssislər təsadüfi linklərə daxil olmamağı və saxta veb-səhifələrdə ödəniş etməməyi tövsiyə edirlər.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.