Naxçıvanda baramaçılıq və ipəkçilik inkişaf etdirilir - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qarşıya qoyduğu hədəflərdən biri də baramaçılıq və ipəkçiliyin inkişafıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində geniş tut bağları salınır.
Bu gün Babək rayonunun Cəhri qəsəbəsində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyasının keçirilməsi də dövlət proqramından irəli gələn baramaçılıq və ipəkçiliyin inkişafına mühüm töhfədir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: