Naxçıvanda bıçaqlanma hadisəsində təqsirləndirilən şəxs saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Babək rayonu Zeynəddin kəndində qeydə alınıb. Hadisə zamanı 2005-ci il təvəllüdlü Zeynəddin kand sakini Hacıyev Ayxan Aqil oğlu həmkəndlisi 2005-ci il təvəllüdlü Tağıyev Məhəmməd Nail oğlu tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisəni törədən Məhəmməd Tağıyev saxlanılıb. 

İlkin araşdırmaya görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: