Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin xəsarət alması faktı üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a məlumat verilib.
Bildirilib ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.