"Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb. Bunların yarısı yeni, digərləri isə təkrar olub".
NUHÇIXAN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin dövlət büdcəsinin III oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, komissiyanın tərkibində aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur: “Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub. Onlara da dəfələrlə əlillik təyinatı düşmədiyi deyilib".