Quba, Qusar və Xızı rayonlarına 14 santimetr qar yağıb

A- A A+

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

NUHÇIXAN-ın məlumatına görə, ən çox qar Qubanın Qırız və Xınalıq kəndlərinə yağıb. Burada qarın hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay – Xınalıq məntəqəsində qeydə alınıb.

Xızı rayonunun Altıağac qəsəbəsində qarın hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir.

Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: