ANAMA: "Antiterror tədbirlərindən sonra xeyli tələ-minalar aşkarlanıb"

A- A A+

Antiterror tədbirlərindən sonra evlərə və obyektlərə baxış keçirilən zaman xeyli tələ-minalar və partlayıcı qurğular aşkarlanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov danışıb.

Onun sözlərinə görə, mütəxəssis olmayan şəxs həmin əraziyə getsəydi, böyük partlayış ola bilərdi: "Hazırkı mərhələdə əsas işimiz ərazidə fəaliyyət göstərən dövlət qurumlarının təhlükəsizliyini təmin etmək, onları müşayiət etməkdir".

V.Süleymanov həmçinin deyib ki, Azərbaycanda artıq iki model minatəmizləmə maşını istehsal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: