Azərbaycanda minatəmizləmə işlərinə siçovullar cəlb olunub

A- A A+

Azərbaycana minatəmizləmə işlərinə cəlb olunan siçovullar artıq ərazilərdə fəaliyyət göstərir.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrə cəlb olunub:

"Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: