Umayra Tağıyeva: Qışda kəskin soyuq dövrlər istisna edilmir

A- A A+

Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük, bir həftəlik olur.

NUHÇIXAN xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bundan daha uzun müddətə nəyisə söyləmək dəqiq deyil. Bu ancaq fərziyə ola bilər:

"Buna görə qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki biz görürük ki, gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq. Noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi. Lakin belə oldu. Buna görə bu il qış fəslində kəskin soyuq dövrlər də istisna edilmir. Lakin yaxın həftə, on gün ərzində biz hələ ki havanın temperaturunun ciddi dərəcədə azalacağını gözləmirik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: