Naxçıvanlıların qış ruzisi - qovurma - VİDEO
Elimizin qədim zamanlardan qış fəslinə hazırlıq görüb, elə el diliylə desək, qavırma hazırlamaq adəti var. Bu orqanik məhsul ailələrin qış ruzisi sayılır. Elə Şahbuz rayonunun Ağbulaq kənd sakini Həcər Hüseynova da bunu deyir. O, qovurmanın sirrini Ağbulağın təbiəti ilə bağlayır. Amma illərin təcrübəsi və əlin ləzzəti də vacib amildir.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: