Naxçıvan,Ordubad və Şahbuz şəhərlərinin baş planı hazırlanır - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını dəyişəcək, inkişafına böyük stimul olacaq.
Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin baş planı hazırlanır. Qeyd edək ki, Naxçıvan şəhərinin baş planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb.
Bu layihə təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmır. Muxtar respublikanın turizm əhəmiyyətli Şahbuz və Ordubad şəhərlərinin də baş planı hazırlanır. Xüsusilə qədim Ordubad şəhəri bir küçə, bir ölkə prinsipi ilə qurulacaq və potensial turizm bölgəsinə çevriləcək.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: