Sabah Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konfrans keçiriləcək - VİDEO

A- A A+

Sabah Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı-mediasiya” mövzusunda konfrans keçiriləcək. Konfransın təşkilatçısı olan mediasiya şurasının heyəti ulu öndərin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, tər güllər düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Mediasiya Şurası tərəfindən muzeyə ulu öndərin  anadan olmasının 100 illiyini özündə əks etdirən hədiyyə təqdim olunub.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: