NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Çalxanqala kəndində “Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Elmi-praktik konfransda YAP Kəngərli rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva həmrəylik gününün tarixindən, Dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsi ilə bağlı keçirilən mühüm tədbirlərdən danışıb.
Qeyd olunub ki, ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə 31 dekabrı “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü” kimi təsis edib.
Konfransın sonunda “Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü”nə həsr olunmuş videomaterial nümayiş olunub.
Xanım Rüstəmzadə