Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

A- A A+

"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur".

NUHÇIXAN xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: