Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində yeni nəsil ATS-lər quraşdırılıb - VİDEO
Muxtar respublikada sakinlərin internetin sürəti və keyfiyyəti baxımından problemləri aradan qaldırılır. Xüsusilə kənd yaşayış məntəqələrində yeni nəsil Avtomat Telefon Stansiyaları quraşdırılır, rabitə və internet xidmətlərinin keyfiyyəti artırılır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində analoji tədbirlər görülməklə abonentlərin internet problemi aradan qaldırılır.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: