Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Tullantıları tinglərə dəyiş” aksiyası Naxçıvan şəhərində yerləşən “Sizin market”in qarşısında keçiriləcək.

Aksiyada şüşə və ya plastik butulka/banka, işlənmiş batareyalar qəbul olunur. Şüşə butulka/ bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq.

Qeyd edək ki, 10 işlənmiş batareyaya 1 ting, ümumi tutumu 5 litr olan şüşə butulka/bankaya 1 ting, ümumi tutumu 35 litr olan müxtəlif plastik butulka növünə (0.33/0.5/1/1.5/2 və.s) 1 ting veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: