Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik və hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi və mövcud ictimai-siaysi vəziyyəti daha da ağırlaşdıran ərazilərimizin bir hissəsinin mənfur qonşularımız tərəfindən işğal olunması dövlət quruculuğu prosesində qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.
Ölkəmizin belə bir ağır vəziyyətində xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda sabitliyi bərpa etməyə nail olaraq qarşıda duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı və Azərbaycan Respublikasını Xalq Cümhiriyyətinin nakam taleyini yaşamaqdan qurtardı.
Respublikamızda ictimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratmış, respublikamızda sözün həqiqi mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirirdi.
Xalqımızın hüquqi və demokratik cəmiyyətdə yaşamaq arzusu isə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə həyata keçirdiyi hüquq islahatlarının nəticəsi olaraq reallaşdı. Bu islahatların əsası isə 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqilliyimizin əsаs аtributu оlаn Kоnstitusiyаnın qəbul еdilməsi isə Аzərbаycаnın dövlət və hüquq tаriхində хüsusi yеr tutаn mühüm hаdisələrdən biridir. Dövlətimizin fоrmаlаşmаsındа, hüquq sistеminin və milli qаnunvеriciliyin inkişаfındа Kоnstitusiyаnın əhəmiyyəti əvəzsizdir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. İnsan hüquq və azadlıqlarının müdafiəsi isə ölkəmizdə davamlı olaraq həyata keçirilən hüquqi islahatların əsas istiqamətini müəyyən etmişdir.
Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılmış, bu Komissiya isə ilk mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edərək sovetlərdən miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirmişdir. Bu islahatların təməlində ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri dayanır.
Əsası müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquq islahatları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mahiyyət etibarilə müasir çağrışlara cavab verən hüquq islahatları qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.
Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət statusunu təsbit edib, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilib. Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi – məhkəmə fəaliyyətinin müstəqilliyi və ədalət mühakiməsinin həyata keçirilməsinin fundamental əsasları dolğun əksini tapıb. Ali Qanunun VII fəslində üçpilləli məhkəmə sisteminin yaradılması, fəaliyyəti, habelə hakimlərin müstəqilliyi, toxunulmazlığı, ədalət mühakiməsinin həyata keçirilməsi prinsipləri və digər vacib məqamlar dolğun əksini tapıb.
Sürətlə bir-birini əvəz edən uğurlar əsas qanunumuz olan Konstitusiyaya müəyyən əlavə və dəyişiklikləri zəruri etmişdir. Bu əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin Əsas Sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı və demokratik səciyyə daşıması ilə seçilir. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümüdür.
Bаşqа sözlə dеsək, Kоnstitusiyаyа əlаvələr və dəyişikliklərin еdilməsi dаimа inkişаfdа оlаn ictimаi həyаtın оbyеktiv tələblərindən irəli gəlir. Ölkə başçısı cınab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirmişdir. Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açmışdır. Bеlə bir zərurətin nəticəsi оlаrаq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş ölkə Kontitusiyasına 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərdə keçirilmiş ümumxalq səsverməsində (referendumda) bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər isə yeni çağırışlardan irəli gələn zərurət və cəmiyyətin sosial sifarişi olmuşdur.
Yeni dövrün tələblərinə cavab verən konstitusiya islahatlarının reallaşdırılması və məhkəmələrlə bağlı bir sıra müddəaların təkmilləşdirilməsi də Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərindən biri kimi qeyd olunmalıdır. 2002-ci ildə Əsas Qanuna xalqın idarəsi əsasında edilmiş əlavə və dəyişikliklər Baş Prokurorluğun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətlərinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və digər vacib məsələləri özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu islahatları ötən 20 ildə əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin davamlı surətdə yeniləşdirilməsinə vacib məsələlərdən biri kimi yanaşır. Bunun nəticəsidir ki, ölkədə məhkəmələrin müstəqilliyinin gücləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin tətbiqinə, bir sözlə, vətəndaş məmnunluğuna xidmət edən islahatlar daha geniş miqyas alıb.
Məhkəmə-hüquq islahatlarının kompleks şəkildə reallaşdırılması məqsədilə imzalanmış 2006-cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı keyfiyyətcə yeni mərhələdə ölkəmizdə çoxşaxəli hüquq islahatları üçün baza rolunu oynayıb. Regional inkişafa xidmət edən islahatların mahiyyətindən irəli gələn fərman əsasında regionlarda yeni məhkəmələrin yaradılması vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət etmişdir. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılıb, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənib, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunub.
Məhkəmələrlə bağlı qanunvericiliyə 2010-cu il 22 iyun tarixli dəyişikliklər, eləcə də məhkəmə sisteminin müasirləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il iyulun 15-də və avqustun 9-da imzaladığı fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından son dərəcə əhəmiyyətli olub. Regionlarda yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması baxımından əlavə dörd bölgədə ağır cinayətlər, habelə dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması xüsusilə əhəmiyyətli olub.
Hər bir cəmiyyətin sütunlarını ədalət prinsipi üzərində bərqərar olması, tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin, ilk növbədə, insan taleyi ilə bağlı qərarlar qəbul edən hakimlərin fəaliyyətindən asılı olub. Məhkəmə hakimiyyətinin hazırlıqlı, mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi də məhz bu reallıqlarla şərtlənib. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” sərəncamı bu sahədə işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəd olub.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında yer alan strateji məqsəd isə cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması olub.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sistemində islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə imkan verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Fərman əsasında müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi mümkün olub.
Ölkəmizin iqtisadi inkişaf tempinə adekvat şəkildə reallaşdırılan məhkəmə-hüquq islahatlarının uğurlu nəticələrini hər bir vətəndaş gündəlik həyatında hiss edir və minnətdarlıqla qarşılayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ədliyyə və məhkəmə sistemi ilbəil müasirləşir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində prinsipial sözünü deyir.
Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə qeyri-məhkəmə müdafiə mexanizmi olan yeni institut Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmişdir. 21 fevral 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır.
Müasir şəraitdə hüquqi dövlətin mühüm əlamətlərindən sayılan Ombudsman təsisatı bir çox inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi respublikamızda da insan hüquqlarının daha dolğun və səmərəli təmin edilməsi məqsədilə yaradılmışdır. Müstəqil dövlət olan Azərbaycan Respublikasında dövlətin ali məqsədi kimi insan hüquqlarının konstitusion təminatlarının yaradılması, insanın bütün hüquq və azadlıqlarının təmin olunması müəyyən edilmişdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.
Dövlət başçısı cənab İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir. Qəbul olunan hər iki sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin prioritetlərinin əsasını təşkil edir və ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir.
Fikir ayrılığı sosial həyatın bir parçasıdır. Fərqli həyat tərzləri, fərqli baxış bucaqları və fərqli maraqlar mövcud olduğu müddətcə fikir ayrılıqları ilə qarşılaşmaq qaçınılmazdır. Belə fikir ayrılıqlarının aradan qaldırılması üçün məhkəmələr və məhkəmələrə alternativ mübahisənin həlli vasitəsi olan mediasiya mövcuddur. 2019-cu il 29 mart tarixidə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə təmin edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş öhdəliklərdən irəli gəlir. Həmçinin ölkə Konstitusiyasında hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikasının cinayət-prosessual, inzibati xətalar qanunverciliyində vətəndaşların dövlət hesabına müdafiə hüquqları təmin olunmuş, mülki-prosessaul qanunvericiliyinə isə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyun 2023-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən vəkilin bütövlükdə məhkəmə prosesində dövlət hesabına iştirakının dairəsi daha da genişləndirilmişdir. Mülki-prosessual qanunvericiliyə edilmiş qeyd olunan dəyişikliklərdən sonra Azərbaycan Respublikasının cinayət mühakimə və inzibati xətalara baxılması zamanı dövlət hesabına vəkillə təmin edilmə eyni zamanda mülki məhəkəmə icraatına da şamil edilmişdir. Bu isə ölkəmizdə həyata keçirilən mütərəqqi hüquq islahatlarının davamıdır. Bu gün hər bir ölkə vətəndaşının yüksək hüquqi yardım almaq hüququ Azərbaycan dövləti tərəfindən təmin olunur. Azərbaycan dövləti həmçinin vətəndaşların müdafiə hüququnun dövlət vəsaiti hesabına təmin edilməsi üçün mütərəqqi qərarlar qəbul edir.
Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun qəbul olunmasıdır. 28 dekabr 1999-cu il tarixdə qəbul edilmiş və sonradan təkmilləşdirilmiş bu qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaradır.
Prokurorluq Konstitusiyada məhkəmə hakimiyyəti fəslinə daxil edilir və prokurorluğun demokratik cəmiyyətlərə xas olan funksiyaları müəyyən edilir. Cəmiyyətin sürətli inkişafı prokurorluğun funksiyalarına və statusuna da yenidən baxılmasını zəruri etmişdir. Prokurorluqda həyata keçirilən islahatların əsas məqsədi ölkənin gələcək inkişafına və demokratik hüquqi dövlət quruculuğu prinsiplərinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması idi.
Hazırda prokurorluğun fəaliyyət istiqamətləri aşağıdakılardır: cinayət işi başlayıb və ibtidai istintaq aparmaq, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik etmək və qanunlara riayət edilməsini təmin etmək; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət etmək; məhkəmədə iddia qaldırmaq (ərizə vermək), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etmək; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etmək, dövlət ittihamını müdafiə etmək; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak etmək.
Bundan əlavə, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi məqsədilə 2004-cü il yanvarın 13-də "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul edilmiş, eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.
Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin son dövrlərdəki tarixi nitqlərinin birində qeyd etdiyi, "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır” sözləri danılmaz həqiqəti əks etdirir. Prokurorluq orqanları müstəqil dövlətimizlə birgə inkişaf edir. Ölkəmizin davamlı tərəqqisi prokurorluğun müntəzəm inkişafının əsasını yaradır. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.
“Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı” Prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində tədbirləri zəruri etmişdir.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dörvün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir.
Fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənən Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquqmühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlətçiliyin və sabitliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə digər hüquq-mühafizə orqanlarl ilə yanaşı prokurorluq orqanları da öz layiqli töhfəsini verə bilmişdir.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir. Bəli, geridə qoyduğumuz 20 il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi, ən əsası isə ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan Respublikasının Konstitutsiyasının bütöv Azərbaycan ərazisində tam və ən yüksək hüquqi qüvvəsinin bərpa etdiməsi ilə əlamətdardır. Yeni çağırışlara əsaslanan hüquq islahatları isə insan hüquqlarına etibarlı təminatdır.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir. Bəli, geridə qoyduğumuz 20 il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi, ən əsası isə ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan Respublikasının Konstitutsiyasının bütöv Azərbaycan ərazisində tam və ən yüksək hüquqi qüvvəsinin bərpa etdiməsi ilə əlamətdardır. Yeni çağırışlara əsaslanan hüquq islahatları isə insan hüquqlarına etibarlı təminatdır.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri
Prokurorluğun fəxri işçisi