Kəngərli rayonunda fərdi yaşayış evində yanğın baş verib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayon, Qarabağlar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Məlumat qəbul ediləndən dərhal sonra Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində qısa zamanda yanğın söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində evin tavan hissəsi yanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: