Naxçıvanda yol polisi təhlükəsizlik qaydaları ilə bağlı reyd keçirib - VİDEO
Avtomobil idarə edərkən riayət etməli olduğumuz mütləq tələblər var ki, onlardan biri də təhlükəsizlik kəmərlərindən istifadə olunmasıdır. Çünki bu vasitələr sürücü və sərnişinlərin baş verə biləcək qəzalarda ölüm riskini azaldır. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları bu gün Naxçıvan şəhərində təhlükəsizlik kəmərindən düzgün istifadə etməyən, eləcə də dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı reyd keçirib.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: