Şərurda İran vətəndaşına məxsus "TIR" aşıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Xanlıqlar kəndi ərazisində İran vətəndaşı Fathalizadeh Omidə məxsus 60AA251/60AA252 nömrə nişanlı "TIR" aşıb.
Qəza nəticəsində yük ətrafa dağılıb. Hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb.
İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.