Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB

A- A A+

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: