Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dekabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd qumbara, 4 ədəd patron darağı, 159 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 3 tüfəng götürülüb.