NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 9-da Anar Əhmədovun Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilsin".
Anar Əhmədovu isə dünən İqtisadiyyat naziri vəzifəsindən azad edilən Tapdıq Əliyev əvəz edib. Bu təyinatla da bağlı müvafiq sərəncam imzalanıb.