I qan qrupu olanlar bu xəstəliklərə tutulmurlar

A- A A+

Elmi araşdırmalara görə qan qrupu 0 (I) olanlar daha az xəstəliklərə tutulurlar.

NUHÇIXAN xəbər verir ki, qan laxtalanmasının aşağı olmasına görə qan qrupu 0 (I) olanlar ürək xəstəliklərinə digər qan qrupları olanlarla müqayisədə daha az hallarda tutulur. Qan qrupu 0 olanlarda infarkt, insult, damarların trombozu, tromboemboliya kimi pozulmaların riski daha azdır.

Nəticələri Avropa Kardiologiya inustutu tərəfindən açıqlanan bu təcrübə 1,3 milyon insan üzərində aparılıb. Məlum olub ki, qan qrupu A (II), B (III)  və AB (IV)  olan insanlarda qanın laxtalanmasının yüksək səviyyədə olması ürək xəstəliyi riskini şiddətləndirir.

Mütəxəssislər bildirirlər ki, bu say çox az olsa da bunu nəzərə almaq lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: