Şagirdlər Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində  “Ədibin həyat və yaradıcılığı” mövzusunda  açıq dərs keçirilib.  Dərs zamanı şagirdlərə görkəmli Azərbaycan yazıçısı, ictimai xadim, dahi mütəfəkkir  Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.  Vurğulanıb ki, görkəmli ədib geriliyə, savadsızlığa, dini xurafata qarşı mübarizə aparıb, həmişə xalqı milli oyanışa səsləyib, yeniyetmə və gənclərdə milli məfkurənin formalaşmasına çalışıb. Bu cür yüksək milli-mənəvi missiyanı o təkcə özünün ədəbi-bədii yaradıcılığı vasitəsi ilə deyil, həm də geniş ictimai fəaliyyəti ilə həyata keçirib.

Daha sonra muzeyin ekspozisiyasına da baxılıb, şagirdlər muzeydəki eksponatlarla bağlı ətraflı məlumatlandırılıb. Muzeydə Cəlil Məmmədquluzadəyə aid sənəd, foto  materiallar və şəxsi əşyalardan ibarət 450-ə yaxın eksponat  nümayiş olunur.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: