Prokurorluq “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində “Ümummilli Lider Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşavirinin “Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi islahatların memarıdır” mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və ictimai-siyasi, sosial-iqtisadi, mədəni, habelə digər bütün sahələrdə inkişaf dahi şəxsiyyət, uzaqgörən siyasətçi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişafı, hüququn aliliyi və demokratiyanın əsas prinsiplərinin rəhbər tutulduğu idarəetmə mexanizmlərinin qurulması, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, iqtisadi münasibətlərdə etibarlı tərəfdaş, güvənilən ölkə statusu qazanmasında əvəzsiz xidmətlər göstərib.

Sonra isə Faiq Səfərov Ümummilli lider  Heydər Əliyevin  100 illik yubileyinə ithaf etdiyi “Qanunçuluq və hüquq düşüncəsi” adlı kitabını universitetin elmi kitabxanasına hədiyyə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: