Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır

A- A A+

Mediasiyanın tətbiqi dairəsi dəyişir.

NUHÇIXAN xəbər verir ki, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılır.

Qeyd edilib ki, dəyişikliklər kommersiya mübahisələrinin Milli Məclisə təqdim edilmiş “Arbitraj haqqında” qanun layihəsində əks olunan mübahisələrin alternativ həll vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həll mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir. Layihədə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: