Mingəçevirdə ikisi avtomat olmaqla xeyli sayda silah-sursat aşkarlanıb

A- A A+

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan  verilən məlumata görə, son iki gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq, 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: