Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov budəfəki seçkinin yüzilliklərə düşən seçki olacağını bildirib.
NUHÇIXAN-ın məlumatına görə, o, rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, bu seçkilər Azərbaycanın bütün sərhədləri daxilində keçiriləcək:
“Budəfəki seçki yüzilliklərə düşən seçki olacaq. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunub”.