Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb - VİDEO
Naxçıvanda ən çox ziyarət olunan ünvanlardan biri, heç şübhəsiz, dini-mədəni abidə kompleksimiz olan “Əshabi-Kəhf” Ziyarətgahıdır. Hər gün yüzlərlə sakinin, yerli və xarici qonaqların ziyarət etdiyi bu müqəddəs məkana gediş-gəliş daha rahat və təhlükəsiz olacaq. Çünki “Əshabi-Kəhf” yolunda əsaslı yenidənqurma işlərinə başlanılıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir: