ETX: Saxta dələduzluq səhifəsi yaradılıb

A- A A+

Kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində “Reminder Code 02 12528” adı ilə saxta dələduzluq səhifəsi yaradılıb.

NUHÇIXAN Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar “Reminder Code 02 12528” adı ilə saxta səhifədə bir çox şirkətlərin adını qeyd edərək, “Facebook” səhifələrinin silinəcəyinə dair saxta məlumatlar paylaşırlar.

“Paylaşımlarda yerləşdirilən keçidə daxil olduqda saxta “Facebook” səhifəsi açılır və giriş məlumatlarının daxil edilməsi tələb olunur. Məlumatlar daxil edildikdən sonra istifadəçilərin “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur. Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: