Şagirdlər Milli Qəhrəmana həsr edilən filmə baxıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, M.Seyidov adına Naxçıvan şəhər  15№-li tam orta məktəbdə məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidova həsr edilən  sənədli film nümayiş olunub. Sənədli film Milli Qəhrəman Mirəsgər Seyidovun həyatından, 1990-1992-ci illərdə muxtar respublika sərhədlərində gedən döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edir. Filmdə qəhrəmanın ailə üzvləri, müəllimləri və döyüş yoldaşları onun haqqında xatirələrini danışırlar. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 25 şagird iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: